XƏBƏRLƏR/Böhran dönəmində baş verən dəyişikliklər zamanı liderin beş keyfiyyəti

2019-cu ildə PricewaterhouseCoopers təxminən 1400 qlobal CEO-dan sorğu keçirdi. Bu araşdırmaya əsasən, ticarət münaqişələri, siyasi problemlər və qlobal iqtisadi artımın proqnozlaşdırılan yavaşlaması qeyri-müəyyənliyi artırdı və gəlir perspektivlərinə inamı azaltdı.

Bu, biznesdə dəyişikli prosesinin qeyri-müəyyənlik və qorxu ilə müşayiət olunduğunun əla bir nümunəsidir. Üstəlik, biz təsir göstərə bilmədiyimiz şeylərdən qorxuruq. Buna əsasən jobwizards.com, dəyişikliklər zamanı liderlərin beş zəruri keyfiyyətini vurğuladı.

1. Yeniliklərə açıq olmaq, elastiklik

Standartlardan kənar addım atmaqdan qorxma. Dəyişim prosesi daxilində rəqəmsallaşdırma yalnız komponentlərdən biridir. Lakin biz ilk öncə bu barədə düşünməyə alışmışıq. Şirkət mədəniyyətini inkişaf etdirmək, fərqli mədəniyyətlərə hörmət etmək üçün hər bir şirkət dəyişikliklərə mütləq şəkildə hazır olmalıdır.

Daim yeniliklər axtarışında olun.

2. Mənəvi Zəka (Eİ - Emotional İntelligence)

EQ, IQ qədər vacib amildir. Bu gün istənilən çətin bacarıqları inkişaf etdirmək mümkündür; hər hansı bir bilik əldə etmək üçün çox sayda texnologiya və imkanlarımız var, ancaq EQ artırmaq daha çətindir. EQdan bəhs edərkən, təcrübədən üstün, lakin bir o qədər mühüm olan müdrikliyi nəzərdə tuturuq.

Bəzən düşünmək müsbət və mənfi nəticələrin əsl səbəblərini anlamağa kömək edir.

3. Təşəbbüskarlıq

Komandada çalışan hər bir şəxs nəticə əldə etmək üçün məsuliyyət hiss etməlidir. Hər
bir komanda üzvü dəyişikliklərin səbəblərini və bu prosesdən necə faydalanacağını
başa düşməlidir.

Təşəbbüskar olun: Bütün komandanın ilhamlana biləcəyi yeni imkanlar ortaya çıxarın.

4. İlham vermək və etibar etmək bacarığı

Çox vaxt insanlar lideri deyil, onun ardınca gedən ilk insanı izləyirlər. Bu anlayış komandadakı dəyişikliklərin həyata keçirilməsi üçün vacibdir. Etibar edeceyiniz insanları seçərkən onların içərisində sizin ardınızca gələcək birilərinin olması diqqət etməli olduğunuz nüanslardan biridir. İstənilən halda onları öyrədə biləcəyiniz, yeri gəldikdə sizində onlardan bir şeylər öyrənə biləcəyiniz və sizə güvənən insanlar olması mühüm amillərdən sayılır. Nəticə etibarı ilə, onlar iş qabiliyyətinizdən və liderliyinizdən ilhamlanaraq sizi başqa kollektivlər arasında tanıdacaqlar.

Sadiq izləyiciləri əldə etmək üçün ilham verin və ilham alın.

5. Effektivlik

Komandanızın işi tamamlaya bilməməsi, sizin də işi bitirə bilmədiyiniz anlamına gəlir. Şübhəsiz ki, işiniz davamlı olmalı və öz növbəsində parlaq nəticələr göstərməlidir; əks təqdirdə bu iş faydasız bir işə çevrilmiş sayılır.

Komandanızın yerinə iş görməyin. Lakin hər kəsin nəticə əldə etməsi üçün uyğun mühit yaradın. Lider olaraq komandanızı sağlam bir iş mühiti ilə təmin etmək sizin öhtənizə düşür. Hamını xoşbəxt etməyin mümkünsüz olduğuna baxmayaraq, dəyişikliklər zamanı belə komandanızın məmnuniyyətini itirməməsinə diqqət etməlisiniz. Nəzərə almaq lazımdır ki, xoşbəxt bir komanda eyni zamanda uğurlu bir komanda deməkdir.