XƏBƏRLƏR/Pullar virus mənbəyidirmi?

Hazırda bütün dünyanı narahat edən virus pandemiyasının yayılmasına əldən-ələ dolaşan nağd pulun da təsiri olduğu bildirilir. Əslində bu ehtimal çox aşağıdır, çünki infeksiyanın başlıca yayılma üsulu hava yolu qəbul olunub. "İnfeksiyanın əsas mənbəyi yeni koronavirusa yoluxmuş insanlar olmaqda davam edir. Kağız əskinasların yoluxma mənbəyinə çevrilmə ehtimalı çox aşağıdır" bunu Çinin Fujou şəhərində Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin mütəxəssisi Çjen Xiaoyan bildirmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı son açıqlamalarında kağız əskinasların istifadəsinin etibarlı olduğunu təsdiqlədi və bir çox tibbi ekspertlər, istər adi vətəndaşlar, istər supermarket kassirləri, istərsə də bank kassa operatorları kağız əskinas və ya qəpik istifadəsi ilə virusa yoluxma ehtimalının olmadığını bildirdi.

Almaniyanın dünya lideri olan şirkəti Giesecke+Devrient əskinaslar üzərində virus ilə bağlı:

- Əskinaslar üzərində virus dezinfeksiyası. SARS-dan sonra biz əskinasların dezinfeksiya texnologiyası üzərində çalışdıq. ÜST-ün 2003-cü ildə SARS-dan sonra bir məqalədə virusun ~ 60C dərəcə  temperaturda məhv olduğu bildirildi. Çin alimləri, bunun həmçinin SARS-CoV-2 virusuna da aid olduğunu, yəni virusun 56C dərəcəlik bir temperaturda parçalandığını söylədi. Biz əskinaslar ilə 70 ° C (158 ° F) əsas temperaturda termal sınaqlar keçirdik, və əskinasların heç bir görünən və ya funksional mənfi təsirlərinin olmadığına şahid olduq.

- İstehsal və yükləmə. İstehsal müddətində əskinaslar insanlar tərəfindən çox nadir hallarda istifadə olunur. Bu prosses tamamilə avtomatlaşdırılmışdır; Buna əsasən  əskinasların mərkəzi banklara bakteriya və virus olmadan daxil olduğunu güman edə bilərik. Ümumiyyətlə əskinasların banklara toplanıb, təhvil verilmə müddəti bir neçə həftədir; virus araşdıranların fikrincə, virus 24 saatdan sonra kağız üzərində parçalanır (New England Journal).
 

Həmçinin bu mövzu ilə bağlı bir çox ölkənin mərkəzi bankı açıqlama verdi:

Avstriya Milli Bankı

Cənubi Afrika Ehtiyyat Bankı

Yeni Zellandiya Ehtiyyat Bankı